Neft pulları ilə dövlət büdcə xərclərimizi qarşılaya bilərikmi?
Bu ilin (2024) ilin dövlət büdcəsinin gəlirləri 36,4 mlrd. manat təsdiq edilmişdi. Bunun 12,8 mlrd. manatı Neft Fondundan dövlət büdcəsinə edilən transfertlərin payına düşüb.
Artıq cari ilin 10 ayı üzrə icra olunmuş vergi yığımları üzrə daxilolmaları təhlil edəndə mənzərə belə alınır. İN Vergi Xidmətinin topladığı 14,2 mlrd. manatlıq vəsaitin 32,5 faizi və ya 4,6 mlrd. manatı neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərdən əldə edilib.
Beləliklə, son 10 ay üzrə dövlət büdcəsinin gəlirlərinin NF-dan ediləcək transfertlər cəmi 18,6 mlrd.manat təşkil edəcək. Bu isə dövlət büdcə gəlirlərinin yarıdan çoxu (51 faizi) deməkdir.
Bunun başqa bir büdcə “tərcüməsi” o deməkdir ki, biz neft sektoru olmadan ən yaxşı halda xərclərimizin yarıdan azını qarşılaya bilərik. Digər cəmiyyət ehtiyaclarını təxirə salmalıyıq. Postneft dövründə bu ehtimal daha da yüksələcək.
Hələ qarşıda 2 ay var... İlin sonuna qədər hər büdcə gəlirlərinə neftin “qarası” daha çox toxunacaq.
Büdcə strategiyası! Bu olmasa, biz ən yaxşı halda büdcənin cari öhdəliklər haqqında düşünə biləcəyik. Gələcəyin neft pulları olmadan dövlət büdcəsinin konturlarını və yarada biləcəyi riskləri qiymətləndirə bilməyəcəyik. Bunu gələcəyimiz üçün yazdım.
Başımız hələ COB, Formula və s. qarışıb deyə, gələcəyin hekayələrin unutmuşuq. Gələcəyin iqtisadi tablosunun yarada bilmirik.
Əlimizdə heç fırçamız da yox...
Məmməd Talıblı, İqtisadi Təhlil İnstitutunun rəhbəri
SeherXeber.org