Azərbaycan neftinin qiyməti 74 dollara düşüb



 

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,08 ABŞ dolları, yaxud 1,43 % azalaraq 74,35 ABŞ dolları təşkil edib.

SeherXeber.org hərracların nəticələrinə istinadən xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 71,98 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.