Məktəb, yoxsa sanitariya qovşağı?



 

Lökbatan qəsəbəsindəki 106 saylı məktəbdə nələr baş verir?

 Azərbaycan Təhsil sistemində baş alıb gedən qanunsuzluqlardan, özbaşınalıqlardan və nəhayət, son günlərdə bütün KİV-lərdə geniş müzakirə olunan əxlaqsızlıqdan çox yazılıb, deyilib, müzakirə olunub. Lakin heç nə dəyişmir.

Misir Mərdanovun təhsil naziri postundan uzaqlaşdırılması və bu vəzifəyə daha cavan Mikayıl Cabbarovun təyin olunması, bir çoxlarında ümidlər yaratdı ki, təhsil sistemində müəyyən müsbət dəyişikliklər vaş verəcək.
Heyhat, "köhnə hamam, köhnə tas". Yeni təhsil nazirini dövlət üçün daha böyük əhəmiyyət daşıyan Vergilər Naziri təyin etdilər, onun təhsil sistemində nəzərdə tutduğu istahatlar isə görünün yarımçıq qaldı.

Əlqərəz, bu gün biz sizə Qaradağ rayonu, Lökbatan (Bilirsiniz də, Lök-batan sözünün mənası dəvə batan deməkdir. Həmin dəvəbatan qəsəbədə bu gün bir məktəb kanalizasiya sularına qərq olur, heç kimin də vecinə deyil, əlqərəz!) qəsəbəsində yerləşən 106 saylı məktəbdə baş verənlərdən bəhs edəcəyik. Çünki şikayətçi valideyinlərin tələbi bu özbaşınalıqların ictimailəşdirilməsidir.

Şikayətçi valideyinlər qeyd edirlər ki, bütün baş verənlər barədə dəfələrlə Təhsil Nazirliyinə şikayət edibilər. Lakin heç bir tədbir görülmədiyindən, indi də mətbuata uz tutmaq məcburiyyətindədirlər.

Məktəbdə və məktəbin ətrafında antisanitariya hökm sürür. Bu səbəbdən uşaqlar tez-tez xəstələnir. Məktəbin direktoru Təranə Qasımova isə bütün bunları elə bil görmür. Hər yeri üfunət iyi başına alıb. Direktor isə öz kefindədir. Samirə adlı bir valideyinlə əlbir olub, özünə sərf etməyən müəllimlər arasında intriqalar yaradaraq, onları hətta məktəbdən uzaqlaşdırmağa nail olur, onların yerinə pul müqabilində başqalarına təyin edir.

Şikayətçilər bildirirlər ki, Samirə adlı valideyin yüksək vəzifəli şəxslərin adından istifadə edərək hamına şantaj edir, hətta məktəbin direktorunun da, ondan qorxduğu bildirir. Bu səbəbdən də məktəbdə dözülməz psixoloji durum yaranıb ki, bu da həm valideyinləri, həm də uşaqları narahat edir. Ələlxüsus da onların hədəfi olan 2-ci sinfin sinif müəlliməsi Tünzalə xanım daim ciddi təhdidlər altında işləmək məcburiyyətindədir.

eyilənlərə görə, məktəbin direktoru artıq onun yerinə yeni müəllim də təyin edib. Şikayətçilər qeyd edirləri ki, bütün bu olaylardan Təhsil Nazirliyinin də xəbəri var. Hətta Fövqəladə Hallar Nazirliyinə belə, şikayət ediblər.

Keçən cümə günü-fevral ayının 16-da Fövqaladə Hallar nazirliyinin əməkdaşları məktəbə baxış keçiriblər və məktəbin təmirə ehtiyacı olduğunu bildiriblər. Bütün bunlar isə direktor Təranə Qasımovaya əsla təsir etmir. Məktəbin direktoru o qədər biganə, səhlənkar, öz vəzifəsinin məsuliyyətini dərk etməyə, vəzifəsini ancaq varlanmaq mənbəyi sayan birisidir ki, ona heç kim və heç nə təsir edə bilmir.

Biz hər zaman iddia edirik ki, uşaqlar bizim gələcəyimizdir. Əgər gələcəyimizi Təranə Qasımova kimi direktorlara etibar etmişiksə, vay bizim gələcəyimizə!

Bununla belə, ümid edirik ki, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələni araşdıracaq və lazımi tədbirlər görəcəklər.

 

Xanım Bağırlı