Azərbaycan radiosunu Beyləqanda dinləmək niyə mümkün deyil?



 

MTRŞ və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkə ərazisində radiodalğaların normal yayılmasını nə vaxt əhəmiyyət verəcək?

Azərbaycan ərazi bütövlüyünü xeyli vaxtdır təmin etsə də, işğaldan azad olunmuş və həmin ərazilərə yaxın olan rayonlarda ölkənin radio verilişlərinin yayımlanması təmin edilməyib.

Ölkəmizin bütün ərazisində yayımlanmalı olan radio və televiziya verilişlərinə işğaldan azad olunmuş nəinki Qarabağda, hətta Qarabağla həmsərhəd olan Beyləqan və Ağcabədi rayonlarının ərazilərində dinləmək mümkün deyil.

Ölkəmizin paytaxtı Bakıda radiodalğaların çox geniş spektrə malik olmasına baxmayaraq, paytaxtdan 250 km məsafədə yerləşən Beyləqanda radioların heç birini dinləmək mümkün olmur.

Bu hal rayonda yaşayan yüz minlərlə insanın ölkədə və dünyada baş verən xəbərlər haqqında vaxtında məlumat almaq haqqından məhrum edir.

Güman edirəm ki, bu xəbəri oxuyan hökumət, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, MTRŞ ölkənin bütün ərazisində radio verilişlərinin normal yayımlanmasını tezliklə həll etməlidirlər.

Əks təqdirdə həmin ərazilərdə radioməkanın qonşu düşmən ölkələr tərəfindən zəbt edilməsi nəticəsində təhlükəli hadisələr baş verə biləcəyini təsəvvür etmək çətin deyil.

T.Abbas
SeherXeber.org