Seyid: "Bahalaşma yaşamağa qoymur, bala..."



 

Cümə günü olsa da, bazara çıxdım ki, görüm məmləkətdə vəziyyət necədir. Bu məqamda Yasamal bazarının girişində hamının hörmət etdiyi Seyid Əşrəf Ağa ilə rastlaşdım.

Görüşüb, hal-əhval tutduqdan sonra Seyiddən gün-güzəranının necə keçdiyini soruşdum:
- Seyid Əşrəf Ağa, necə yaşayırsan, kefin-əhvalın necədir?
- Ay başına dönüm, desəm ki, vəziyyət ağırdır, deyəcəksən ki, yenə günü-gündən gözəlləşən, analoqsuz inkişaf edən ölkəmizdə nə baş verib yenə axı? Rəhmətliyin oğlu, vəziyyət çox pisdir, qalmışıq pensiyanın ümidinə, hər gün qiymətlər qalxır 300 manat pensiya da yalnız bir həftəyə çatır. Sonra göz dikirik uşaqların əlinə. Belə də bahalıq olar, ay qadanalım, deyəsən, dövlət baba biz qocaları yaddan çıxarıb...

Söhbətləşdi: Səidə