Azərbaycan Dünya Köçəri Oyunlarında daha bir bürünc medal qazandı



 

Azərbaycan Qazaxıstanın paytaxtı Astanada keçirilən V Dünya Köçəri Oyunlarında daha bir medal qazanıb.

SeherXeber.org xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Aba güləşi yarışında Ağani Məmmədov (90 kq) bürünc mükafat əldə edib.

Qeyd edək ki, Azərbaycan millisinin aktivində 5 bürünc, 1 gümüş medal var