Azərbaycan dövləti öz vətəndaşlarının hüquqlarını qoruyacaqmı?



 

Soçidə reysə buraxılmayan qazi Moskvadan səfir Bülbüloğlu ilə bir uçaqda gəlib

Bu ilin 13 iyulundan 23-ə kimi mənə qulluq edən həyat yoldaşımla birgə Rusiyanın Soçi şəhərində müalicədə olmuşam. Qayıdan baş ( bu ifadə bir yerdə də yazıla bilər- M. B.) 23.07.2023-cü ildə saat 4-40-da Soçinin Adler aeroportunda registrasiyadanqeydiyyatdan , saat 6-27-də minik prosedurlarından ( pasport, gömrük, sərhəd xidməti ) keçib, 6-40-da minik qapısına yaxınlaşsaq da, saat 7-00 Soçi- Bakı J2 8632 reysinə buraxılmadıq. Qapıda ( ingiliscə gate-“geyt”) dayanan Orta Asiya ( ya özbək, ya qazax...) kökənli qadın və kişi uçaq xidmətçiləri miniyə gecikdiyimizi , ən azı 20 dəqiqə qalmış gəlməli olduğumuzu bildirib açıq qapıdan içəri buraxmadılar. Biz hələ uçuşa 17-18 dəqiqə qaldığını, Soçidə verilən biletin üstündə uçuşa 15 dəqiqə qalmış miniyin yekunlaşdığını bildirsək də, burada qaydaların fərqli olduğunu dedilər. Biz Bakıya minik vaxtının, uçuş qapısının belə elan olunmadığını, gecikmədiyimizi kamera, saat görüntüləri ilə sübut etsək də, rüşvətə, korrupsiyaya bulaşmış ( bu iddiada olmağımız yerlərin verilməsinə rüşvət istəyib, ala bilmədiklərindən birimizə 31A, o birimizə 38C yerinin verilməsindən qaynaqlanır) Soçi aeroportunun Bakıya xidmət edən personalı özbaşınalıqla sübutlarımıza baxmadı. Hətta Azərbaycanın da , RF-nin də qoşulduğu beynəlxalq daşımalarla bağlı 12.10.1929-cu il tarixli Varşava Konvensiyasının (1955, 1971-ci il Haaqa Konvensiyası ilə yenilənib) tələbinə zidd olaraq heç bir akt tərtib etmədən “lotuluqla” geri qaytarıldıq. 

Bizə nə biletin dəyəri qaytarıldı, nə də başqa reyslə yola salındıq. Məcbur olub Bakıdan borc-xərc dördqat baha qiymətə (1616 manata) Aeroflotun Soçi- Moskva- Bakı reysinə bilet aldıq. 23.07.2024-cü il saat 21-30 MoskvaBakı reysində ən qabaqkı oturacaqda hörmətli səfirimiz Polad Bülbüloğlu başıaşağı oturmuşdu. (Başını qaldırsaydı, salam verəcəkdim, onsuz da dərdimizi dinləməyəcəkdi, heç yeri də deyildi)

Gələn kimi birinci növbədə Soçi aeroportuna qarşı Adlerdə təqdim etdiyim yazılı iddianı- pretenziyanı bir daha elektron poçtla (təbii ki, rus dilində) təqdim etdim və bu iddianı-pretenziyanı Azərbaycanın və Rusiya Federasiyasının səfirliklərinə, Ombudsmanlarına, prokurorluqlarına göndərdim. RF-nin Azərbaycandakı səfirliyi anında cavab verdi ki, ilk növbədə uçuşu həyata keçirən daşıyıcıya- Azərbaycan Hava Yollarına qarşı iddia-pretenziya irəli sürülməli və Azərbaycanın Rusiyadakı səfirliyi öz vətəndaşlarının hüquqlarını qorumalıdır. ( bu məktub pretenziya-iddia ilə birlikdə AZAL-a təqdim olunub). Azərbaycanın Rusiyadakı səfirliyindən isə heç bir səs-soraq yoxdur. Bircə Azərbaycan XİN-dən zəng edib, Azərbaycan vətəndaşı olmağımızı sübut edən sənədləri istəyiblər və anında emaillə təqdim 

Bəyəm Soçidə azərbaycanlı yoxdur? Azərbaycanlı olsaydı, bəlkə Qarabağ qazisi, əlil, veteranlığımıza görə bizi hüququmuzdan məhrum etməzdi. (Ümumiyyətlə, Bakı reysinə xidmət edənlərin AZAL-ın qaydalarından xəbərsiz olmaları da ciddi pozuntudur). Yeri gəlmişkən, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova da müraciət olunub. Komitə sədri Fuad Muradovun üç çağırış Milli Məclisin üzvü olduğu, Polad Bülbüloğlunun hazırda səfirlikdən imtina edib, deputatlığa namizəd olduğunu vurğulamaqda amacım(ız) nədir? Açıqlamıram, bircə onu demək istəyirəm ki, millətə də belə səfir kimi vəkillik ediləcəksə, vay bu millətin, vətəndaşın hüququna! 

Məğrur Bədəlsoy