779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər



 

Son bir neçə gündə paytaxtın müəyyən ərazilərində suyun verilməməsi insanları çətin vəziyyətə salıb. Hətta su qıtlığından əziyyət çəkən bəzi vətəndaşlar başlarını məhəllələrdə yerləşən bulaqlarda yumaq məcburiyyətində qalıblar.

Hətta bəzi sakinlər suyun yoxluğu səbəbindən başlarını bulaqda yumaq məcburiyyətində qalıblar.

Sakinlər problemin onlar üçün ciddi problem yaratdığını deyiblər.

Baku TV problemin səbəbini öyrənmək üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxlayıb.

Qurumun Mətbuat Xidmətinin rəhbəri Ceyhun Musaoğlu bildirib ki, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza aradan qaldırılıb:

"Hazırda ərazidə doldurma proseslərinə başlanılıb. Suyun əvvəlki rejimlə verilməsinin bərpası üçün intensiv işlər görülür".

Qeyd edək ki, Bakının su təchizatında problemin yaranmasına səbəb olan boru (Oğuz-Qəbələ-Bakı su kəməri) 2010-cu ildə istismara verilib və layihənin dəyəri 779 milyon manat olub.

Daha ətraflı Baku TV-nin materialında: