Bu ölkədə qadınların azadlıqları məhdudlaşdırılır - YENİ QAYDALAR



 

Əfqanıstanda 3 il əvvəl yenidən hakimiyyətə gələn Talibanın qadınlara qarşı qeyri-insani əməlləri səngimir.

Sfera.az xəbər verir ki, Taliban hökuməti qadınların davranışı ilə bağlı yeni qaydaların tətbiqinə başlayıb.

Yeni qaydalara əsasən, əfqan qadınları qohumu olmayan kişilərin qarşısında danışa, hətta evlərində mahnı oxuya bilməyəcəklər. Əfqanıstanda Taliban hökuməti qadınların tanımadığı kişilərə baxmasını, evlərinin kənarında və ya içərisində yüksək səslə danışmasını qadağan edib.

Talibanın yeni dərc etdiyi 114 səhifəlik təlimat siyahısında gündəlik həyatda bir çox məhdudiyyətlər var. Qaydalar yetkin yaşına çatmayan qadına yad kişiyə baxmağı qadağan edir.

2021-ci ilin avqustunda yenidən hakimiyyəti ələ keçirən Taliban qadın və qızların təkbaşına küçəyə çıxmasını və məktəbə getməsini də məhdudlaşdırıb.