Hərbidən qayıtdığı gün qardaşının dənizdə batdığını öyrəndi - VİDEO



 

17 yaşlı Məhəmməd Nəsirov iki gün öncə axşam 19:00 radələrində Bilgəh çimərliyində batıb.

“Qafqazinfo”nun məlumatına görə, Məhəmmədin qardaşı hadisəni tərxis olub evə qayıtdığı gün öyrənib.

Qeyd edək ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin helikopteri də cəlb edilib.

Daha ətraflı “Xəzər TV”nin süjetində: