Baş nazirdən QƏRAR: Bu klinikaya qaraciyər və böyrək köçürülməsi icazəsi verildi



 

Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na dəyişiklik edilib.

SeherXeber.org  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, sözügedən siyahıya “Yeni Klinika” publik hüquqi şəxs əlavə olunub.

Qərarla klinika qaraciyər və böyrəklərin transplantasiyasını həyata keçirə biləcək.