İcra başçısının oğlu deputat olmaq eşqinə düşüb - Dədəsinin biznesinə arxayındı



 

Samux Rayon icra Hakimiyyətinin başçısı Firdövsi Əliyevin oğlu Orxan Əliyev 78 saylı Lerik seçki dairəsindəndən deputat mandatı almaq arzusundadır.

Bu barədə “Azsiyaset”ə daxil olan məlumatlarda bildirilir.

Qeyd olunur ki, F.Əliyev oğlu Orxana deputat mandatı verdirmək üçün bütün gücünü səfərbər edib. Hətta Orxanın deputat olmaq arzusunu reallaşdırmaq ailəsinin sahib olduğu biznes imkanlarını əsas gətirib.

Qeyd edək ki, 78 saylı Lerik seçki dairəsinin deputatı İqbal Məmmədovdur.

El arasında belələri haqqında deyərlər:

"Özü rüşvət yığanın, balası da rüşvət yığacaq"