Yunanıstana qaçmaq istəyən FETÖ-çular saxlanılıb



 

Ədirnədə Türkiyədən Yunanıstana qaçmaq istəyən 9 nəfər saxlanılıb.

“Ölkə.az” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Onlardan 5-nin FETÖ üzvü olduğu bildirilib.

Qeyd olunub ki, sərhədlərin təhlükəsizliyinin təmin olunması üçün mübarizə davam edir.