"Qəbələ" heyətinə yeni futbolçu qatdı



 

Transfer çalışmalarına start verən "Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Klubdan SeherXeber.org -a verilən məlumata görə, müdafiəçi Vüqar Həsənov "qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

26 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

V.Həsənov son iki mövsümdə "Səbail”in formasını geyinib. O, bunadək "Şamaxı-2” (2017-2018), "Neftçi-2” (2020), "Kəpəz” (2021-2022) komandalarında çıxış edib.

Qeyd edək ki, müdafiəçi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin də şərəfini qoruyub.