Kainatın ən gözəl bürcləri: Üzləri və bədən quruluşları dillərə dastandır



 

Astrologiyada bəzi bürclər xarici görünüşü ilə bütün diqqətləri cəlb edir. Kainatda təbiətcə gözəl olan bu bürclər saçları, qaşları, gözləri və duruşu ilə digərlərindən fərqlənir.

SeherXeber.org "Posta" qəzetinə istinadla kainatda anadangəlmə gözəl olan bürcləri təqdim edir:

Tərəzi

Harmoniya və tarazlığı təmsil edir. Tərəzilər adətən fiziki xüsusiyyətləri ilə bütün diqqətləri çəkirlər. Fiziki ölçüləri çox ahəngdardır.
Üzü ilə bədəni arasındakı harmoniya dərhal nəzərə çarpır. Gözəlliyin təcəssümü olan tərəzilər həmişə baxımlı və xoş göründükləri üçün demək olar ki, bütün gözləri cəlb edir. Onların zərifliyi görənləri heyran edir.

Şir

Şirlər anadangəlmə liderdirlər. Onlar hər şeydə qabaqcıldırlar. Ümumiyyətlə, çox uğurlu bu bürcdən çıxır.

Anadangəlmə liderdirlər. Onlar hər şeydə qabaqcıldırlar. Ümumiyyətlə, çox uğurlu şəxslər şir bürcündəndir.

Şir bürcü insanlarının fitri nəcib duruşuna hər kəs dərhal heyran qalır.

Şir bürcləri şirin sözləri və özünəməxsus üslubu ilə dərhal diqqəti çəkirlər. Enerjiləri ilə içində olduqları mühitə nəşə saçan şirlər cazibədar və gözəl bürclər arasındadır.

Balıq

Duygusal və həssas balıqlar da gözəlliyi ilə diqqət çəkən bürclər arasındadır. Təbii və şirin görünüşləri sayəsində həmişə gözləri üzərlərinə çəkirlər. Balıqlar özlərinə və şəxsi qayğılarına böyük diqqət yetirirlər. Onları həmişə baxımlı, dəbli və sadə görə bilərsiniz.

Qoç

Qoç həmişə iddialıdır. Görünüşlərinə böyük əhəmiyyət verirlər. Adətən çox gözəl geyinirlər.
Qoç şən, nəşəli və ekstravert insanlar olduğundan, bütün bu enerji onları vazkeçilməz edə bilər. Qoç da cazibədarlığının fərqində olduğundan hər zaman seçilirlər.

Əqrəb

Əqrəb ən güclü auraya malik bürclərdəndir. Əqrəblər həmişə möhkəm dayanmağı, səbirli olmağı və zadəganlığı ilə diqqət çəkirlər. Əqrəblərin qarşısıalınmaz enerjili təbiəti və həmişə sirli olmaları onların cazibədar görünməsinə kömək edir.

Əqrəblər mənfi vəziyyətlərdə belə müsbət düşünərək bütün işlərin öhdəsindən asanlıqla gələ bilərlər. Bundan əlavə, əqrəblər çox mənalı görünüşlərə sahib olduqları üçün dərhal diqqət çəkirlər.

Billurə