Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Beş rayonun icra hakimiyyət başçısı yoxdur - SİYAHI



 

Hazırda Azərbaycanda 1 şəhərin və 4 rayonun icra başçısı vəzifəsi boşdur.

SeherXeber.org xəbər verir ki, 06.06.2024-cü il tarixdə Prezident İlham Əliyevin imzaladığı sərəncamla Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Əzizağa oğlu Ağayev vəzifəsindən azad edilib. Onun yerinə təyinat olmayıb.Prezident icra başçısını işdən çıxardı

Qeyd edək ki, Asif Ağayev 2018-ci il oktyabrın 30-da bu vəzifəyə təyin edilmişdi. Bundan əvvəl isə, 2013-2018-ci illərdə isə Şamaxının icra başçısı işləyib.

Əhəd Mikayıl oğlu Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Ə.Abıyev 2011-ci ilin fevralından Daşkəsənin icra başçısı vəzifəsində çalışırdı.

 Bundan başqa, Daşkəsən rayonu da hazırda icra başçısı olmayan rayonlardandır. Belə ki, rayona 12 il müddətdən çox rəhbərlik etmiş Əhəd Abıyev 17 iyul 2023-cü ildə vəzifəsindən azad edilib. Onun yerinə təyinat olmayıb.

Prezident bu icra başçısını İŞDƏN ÇIXARDI - Unikal.az

Həmçinin, Culfa rayonunun icra başçısı Siyam Çərkəz oğlu Hacıyev 31 avqust 2023-cü il tarixində işdən çıxarılıb və onun da yerinə təyinat aparılmayıb.

17 noyabr 2023-cü il tarixində isə Prezident İlham Əliyev Mirsənani Seyidovu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Şəhər rəhbərinin yerinə hələ ki, təyinat olmayıb.

Prezident Qusarın icra başçısını işdən çıxardı

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov isə 31 may 2024-cü il tarixində vəzifəsindən azad edilib. Qusar rayonuna da icra başçısı təyin edilməyib.

0.1207709312439