ANAMA itlərinin yeminə və aksesuarlarına 350 min ayırdı



 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) minaaxtaran itlər üçün quru yemlərlə bağlı  200 min xərcləyəcəyək.

SeherXeber.org TEMPİNFO-ya istinadla bildirir ki, bununla bağlı dövlət qurumu müsabiqə elan edib.

Belə ki, müqavilə bağlanacaq şirkət yetkin və kiçik itlər üçün 30.000 kq, küçüklər üçün isə 1.500 kq quru yemin təşkilini həyata keçirəcək.

Xidmətlərin qarşılığında agentlik  qarşı tərəfə 212 min 625 manat ödəniş nəzərdə tutub.

Bundan əlavə, ANAMA-nın itlərin aksesuarlarının alınması ilə bağlı elan etdiyi müsabiqə üçün ehtimal olunan məbləğ 156 min 295 manat göstərilib.