Məzahir Pənahovdan seçici siyahıları ilə bağlı tapşırıq



 

Seçici siyahılarının dəqiqləşməsi ilə bağlı işlər yekunlaşmalıdır.

SeherXeber.org ” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib

O qeyd edib ki, MSK seçici siyahılarının dəqiqləşdirilməsini mütəmadi aparsa da, seçkiyə 25 gün qalmışa qədər bu, başa çatdırılmalıdır:

"Seçicinin səsvermə hüququnun reallaşdırması mütləqdir. Kiminsə adı obyektiv və ya subyektiv səbəbdən siyahıya düşməyibsə, bütün məntəqələrə müvafiq tapşırıq verilməli, əlavə siyahıya daxil edilməlidirlər. Kiminsə müraciət etməsi, amma səsverməyə imkan yaradılmaması faktı hələ olmayıb".