Güləşçimiz bürünc medal qazandı



 

Azərbaycanın yunan-Roma güləşçisi Serbiyanın Novi Sad şəhərində U-20 Avropa çempionatında bürünc medal qazanıb.

SeherXeber.org xəbər verir ki, yarışın ikinci günündə Məhəmməd Şükürzadə (63 kq) serbiyalı Deyan Berkeçə 5:1 hesabı ilə qalib gəlməklə bürünc medala sahib çıxıb.

Rahim Həsənov (55 kq) bürünc medal uğrunda görüşdə türkiyəli Servan Çinara müqavimət göstərə bilməyib – 0:8.

Davud Məmmədov (77 kq) isə təsəlliverici görüşdə rusiyalı Qamzat Qadjiyevə (4:7), Məzaim Mərdanov (130 kq) isə bolqarıstanlı Alan Cabiyevə (0:9) məğlub olub.