Vladimir Putin İlham Əliyevlə danışıqlar aparacaq
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.
“SeherXeber.org ” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.
Dövlət başçıları arasında görüşün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iyulun 3-4-də Astanada keçiriləcək sammiti çərçivəsində baş tutacağı bildirilib.