Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
![](/images/article/big/1719555961.8044.jpg)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
SeherXeber.org xəbər verir ki, avronun məzənnəsi 0,1% azalaraq 1,8170 manat, Rusiya rublunun məzənnəsi 3,1% irəliləyərək 0,0199 manat, Türkiyə lirəsi 0,6% ucuzlaşaraq 0,0515 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.