Dünya brendlərinin "qida terroru"



 

Çıxış yolu - "fast food" və brend restoran qidalarından imtina edək!

Hazırda müasir dünyanın ən öndə gedən qida sənayesi brendləri belə, bəşəriyyətə qarşı "qida terroru" həyata keçirməkdədir, desək, yanılmarıq. Elə bu səbəbdən də dünya qida sənayesi nəhənglərinin qida texnologiyası "sirrlər dünyası"na çevrilib. Bütün qida sənayesi brendlərinin çoxlu sayda "kommersiya sirri" var.
Məsələn, bəlkə də əsirlərlə yaşı olan "Coca-Cola" şirkətinin təqdim etdiyi, milyardlarla insanın sevimlisinə çevrilən məşhur içkinin tərkibi haqqnda heç kim dəqiq heç nə bilmir. Artıq bu barədə çox maraqlı əfsanələr, miflər uydurulub. Axı nədən insan sevə-sevə içdiyi, yediyi qida məhsulunun tərkibi və texnologiyası barədə səhih məlumata malik olmamalıdır? Bəlkə bu qida dadlı olmasına rəğmən istehlakçının orqanizminə zərərlidir, bəlkə birinin hansısa qida kompanetinə qarşı ölümcül allergiyası var...
Dünya qida brendlərinin pərdəarxası texnologiyalarına səthi nəzər saldıqda belə, xoruzun nəyinki "quyruğu" özü diricə görünür. Məsələn, təsadüfən Azərbaycanda milyonların ağız dadını oxşayan burger "ətini" yarımfabrikant formada gördüm. Bu maddə əldə taxta parçası təsiri bağışlayır. Yalnız 70⁰C temperatura qədər qızdırıldıqda ət şəklinə düşür. Üstə gəl, bu burger "əti"ni qızdırılmada soyuducuda illərlə saxlasan da "xarab olmur". Yəni bu "ət" istehlak edilmiyənə qədər "ölmür", uzun ömürlüdür. Bəli, hörmətli oxucular, vicdanlı qida mühəndislərinin belə bir deyimi var - "Qidaların "ömrü" uzandıqca insanların ömrü qısalır". Çünki qidaların ömrünü uzadan ekstratlar hamısı insan orqanizmi üçün zərərlidir.
Bu gün biz dünya qida brendlərinin "fast food" (ayaqüstü qida) məhsullarına dad verən, möcüzəli bir maddədən söhbət açacağıq. Diqqət edirsinizsə, bir dəfə yediyiniz dönərı, burgeri, cipsini və ya qızardılmış kartofu küçədə alıb yeyəndə çox ləzzətli olur. Adam bir neçəsini də alıb yemək istəyir. Eyni inqrediyentlər ilə siz həmin dönəri və ya burgeri evdə hazırlasanız, görəcəksiniz ki, bu o deyil. Əcabə, bəs bu qidalara xüsusi dad verən, insanları ona bağlayan nədir? Bəli, belə bir maddə "çin duzu" adı ilə məşhurdur.
Bu maddə “Mono natrium glutamat" və ya "Mono sodiyum glutamat" (MSG) kimyəvi adı,  C5H8NO4Na + H2O kimyəvi formulası,  "E 621” xüsusi kodu ilə tanınır. Umami - Yapon dilindən hərfi tərcüməsi "ləzzətli" və 5-ci dad verən bir maddədir. Tanıdığımız turş, acı, şirin, duzlu - dörd dadı birləşdirib beşincini ortaya çıxarır. “Mono natrium glutamat” Asiya və Şərqdə daha çox istifadə olunur. "Fəst food" aludələri yəqin ki, Çin duzunun əslində böyrək, qaraciyər çatışmazlığı, hormonal pozuntu yaratmasından, gözün torlu qişasına ciddi təsir etməsindən, hətta görmə qabiliyyətini poza bilməsindən xəbərsizdir.
MSG mərkəzi sinir sisteminə əmredici təsir gösyərərək, ağızdaki qidanı "ən ləzzətli təam" kimi qəbul eləməyə zorlayır. Ona görə də bu zorlama zaman beyin və perifərik sinir sistemi hüceyrələrini zədələyir. Mərkəzi sinir sisteminin zədələnməsi müvafiq olaraq alzheymer, parkinson və huntıngton xəstəliklərinə səbəb ola bilir.
Çin duzu əlavə edilmiş qida hazırlayan zaman aşbazlarda sinədə, üzdə qızartılar, nəfəs darlığı, ödəm və tərləmələr müşahidə olduğu bilinir.
Belə qidalardan istifadə, hətta, kiçik yaşlı uşaqlarda öyrənmə və yaddaş mexanizmində pozulmalara yol açdığı. Süd verən analar Çin duzu əlavə edilmiş qidaları qəbul etdikdə, eyni təsirlər körpədə də müşahidə edilə bilir. Böyüklərdə sonsuzluq, iflic, eplepsiya kimi xəstəliklərə səbəb olduğu məlumdur.
“Mono natrium glutamat” Amerika, Avropa və Türkiyənin qida kodekslərinə görə istifadəsinə icazə verilir.
Dünya Qida kodeks Komissiyası (CAC); ləzzət artırıcı MSG-nin, uyğun texnologiyanın tələb miqdarda istifadə edilməsinə icazə verib. Yəni istifadə miqdarında məhdudiyyət yoxdur. Avropa Birliyində də MSG-nin E 621 kodu ilə qidalarda istifadəsinə icazə verilirib. Ölkəmizdə istehsal olunan qidalarda MSG istifadəsinə, yenə miqdar məhdudlaşdırması olmadan qanunla icazə verilmişdir.
Məlumat üçün bildirək ki, “Mono natrium glutamat” ilk dəfə 1908-ci ildə yapon kimyagər İkeda Kikyne tərəfindən dəniz yosunundan əldə edilib. İkeda bu yeni dadı Yaponiyada “Ləzzətli” mənasına gələn “Umami” adlandırıb. Tərkibində normal süfrə duzundan daha az natrium olan bu maddə xörək duzu ilə reaksiyaya girərək ləzzətin artmasına təsir edir.
Yəni bu gün dünya qida sənayesinin bu terrorunun qarşısıni alan heç bir maneə yoxdur. Çünki bu barədə cəmiyyət kifayət qədər məlumata malik deyil. Amma biz bütün təqdim etdiyimiz məlumatları internet resurslarından əldə etmişik. Bu o deməkdir ki, "Çin duzu" barədə eşidən hər kəs bu açar sözlə internetdə axtarış etməklə müxtəlif dillərdə daha müfəssəl məlumat əldə edən bilər.
Hörmətli oxucular, bizi MSG-dən qanunlar da qoruya bilmirsə, yalnız bir çıxış yolumuz var - bütün sənayeləşdirilmiş qidalardan imtina etmək! Düzdür, bu asan məsələ deyil, amma mümkündür. Bunun üçün yalnız ev yeməkləri ilə qidalanmaq lazımdır. İkincisi, evə çatana qədər bir burger və ya dönər almaq əvəzinə, aclığı keçirmək uçün imkanı olanlar bir şiş kabab, imkanı olmayanlar isə iki banan alıb yeyə bilər. Beləcə evə çatıb iki yumurta, iki soyutma kartof, bir tikə pendirlə qara çörək yemək, ləzzətli "çiy körtə"dən daha faydalı və daha ucuz başa gəlir. Biz sənayeləşdirilmiş qidalardan kütləvi şəkildə imtina edə bilsək, həmin qida "brendləri" də dəyişməyə məcbur qalacaq. Onlar axtaracaq, soruşacaq ki, insanlar nə üçün onlardan imtina edir. Səbəbini tapıb, nəticəyə uyğun olaraq özlərini dəyişməyə məcbur qalacaq. Bu gün dünyanın inkişaf etmiş ölkələrində belə xüsusu maddələrlə insanların ağız dadını oxşayaıb, onların sağlamlığını aşkar təhlükə altına atmaqla qida brendinə çevrilmiş şirkətlərin qarşısını kəsən bir manie yoxdur. Ona görə ki, həmin brendlər Dünya Dövlətinin ("dünya mafiyası" demək daha doğru olar) qeydiyyatındadır və qazanclarından onlara xərac verir. Necə deyərlər "Əlbir olub bir ayı bir şir ilə...". Amma bu cəmiyyəti qorxudmamalıdır, biz onlardan imtina etsəm, bu terrordan xilas ola bilərik. Hamınızı "qida terroru"na qarşı mübarizəyə çağırırıq!

Akif Nəsirli, SeherXeber.org