AVRO-2024: Belçika Ukraynanı sınağa çəkir - CANLI



 

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda Ukrayna və Belçika milli komandaları arasındakı oyuna start verilib.

Qarşılaşma E qrupu çərçivəsində, Almaniyanın Ştutqart şəhərindəki "Mercedes-Benz Arena"da keçirilir.

Oyunu Entoni Teylorun (İngiltərə) başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, qrupdakı bütün komandalar eyni xala (3) malik olduğundan, dörd komandanın hamısı yarışın pley-off mərhələsinə çıxmaq şansını qoruyur.