Davası ilə məşhurlaşan gənc qız qorxu filmində rol alacaq - FOTO



 

Bu ayın əvvəlində Türkiyənin fərdi qulluq marketi "Gratis"də dava etməsi ilə gündəm olan "tiktok" fenomeni Beyza Galibaya filmdə rol təklif edilib.

SeherXeber.org xəbər verir ki, endirimli məhsulu almaq üçün mübahisə edən B.Galiba aqressiv davranışları ilə məşhurlaşmışdı.

Sosial şəbəkələrdə yayılan videosundan sonra onu "Gratis canavarı" adlandırmağa başlayıblar.

Hətta bir çox sosial şəbəkə istifadəçisi fenomeni Türkiyə istehsalı qorxu filmləri silsiləsi olan "Siccin"qəhrəmanına bənzədiblər.

Türkiyə mətbuatının yazdığına görə, çoxsaylı paylaşımlardan sonra B.Galibaya "Siccin" filminin 8-ci seriyasında rol təklif edilib.

Bu barədə Beyza Galiba da sosial şəbəkələrdə paylaşım edib.

Onun obraz hüquqları da daxil olmaqla rol üçün 1 milyon lirəyə razılaşdığı bildirilir.

Billurə