Maraqlı və ibrətamiz hekayə



 

Maraqlı və ibrətamiz hekayələr
Bir alman hüquq professoru yazılı imtahanda verilmiş suala düzgün cavab yaza bilmədiklərinə görə bütün kursu imtahandan saxlayır.
Sual iki qonşu arasında olan mübahisəli məsələdən gedirdi. Belə ki, bir qonşunun bağında olan alma ağacının budaqları digərinin bağına tərəf keçmişdi. Həmin alma budaqlarından düşən alma isə qonşunun lalə ləklərindən olan kövrək gül çiçəklərinin üstünə düşərək onları qırırdı.
Tələbələr demək olar ki, alman qanunvericiliyinin bütün incəliklərinə baş vuraraq,məsələni həll etməyə çalışdılar. Onların bir hissəsi alma sahibi olan bağbanı,digəri isə gül becərən qonşunu müdafiə edirlər.
Amma, sonradan məlum olur ki, elə professorun özü tərəfindən hazırlanan bu sual, həyatda heç vaxt baş verə bilməzdi. Çünki,almalar payızda düşür,lalələr isə yazda çiçək açır.
Professor bütün iradları qəbul etmədi və soyuqqanlı şəkildə cavab verdi: mənbə və maddələri xatırlamazdan əvvəl sağlam düşüncə işə salınmalıdır.

Müəllif: Şahin Nağıyev 

SeherXeber.org