Rusiyada 4,5 bal gücündə zəlzələ olub



 

Rusiyanın Kamçatka diyarının şərq sahillərində 4,5 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar Ust-Kamçatka qəsəbəsindən 43 km cənubda, 25 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alan yoxdur.