Moskvada partlayış olub, 5 yaralı



 

Rusiyanın Moskva əyalətinin Stupino dairəsində partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Məlumata əsasən, hadisə mal-qara kəsimi ilə məşğul olan müəssisədə baş verib. Nəticədə 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Partlayışa təhlükəsizlik qaydalarına əməl olunmamasının səbəb olduğu güman edilir.

Faktla bağlı araşdırma aparılır.