Tayvanda güclü zəlzələ - 2 ölü, 100 yaralı + Fotolar + Video
Tayvanda 6,4 bal gücündə dağıdıcı zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, episentri yerin 10,6 km dərinliyində yerləşən zəlzələ daha çox Hualien şəhərində fəsadlara səbəb olub.
Yeraltı təkanlar nəticəsində 2 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb.
Məlumata görə, “Martial hotel”in çöküb. Dağıntılar arasından 116 nəfər xilas edilib. Hazırda xilasetmə işləri davam etdirilir.
Ümumilikdə 6 bina və 1 hərbi xəstəxana çöküb, 2 körpü yararsız hala düşüb.
Qeyd edək ki, Tayvanda 1999-cu ildə baş vermiş 7,6 ballıq zəlzələ zamanı 2300-dən çox insan ölmüşdü.