ABŞ-da iki qatar toqquşdu - 2 ölü, 50 yaralı
ABŞ-ın Şimali Karolina ştatında iki qatar toqquşub.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Nyu-York-Mayami səfərini həyata keçirən “Amtrak” sərnişin qatarı “CSX” yük qatarı ilə toqquşub.
Hadisə nəticəsində ən azı 2 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Qeyd olunur ki, “Amtrak”ın içərisində 139-u sərnişin olmaqla 147 nəfər olub.