Gecə klubuna silahlı hücum - 18 ölü, 6 yaralı+ Yenilənib
Braziliyanın Fortaleza şəhərində bir gecə klubuna naməlum şəxslər silahla hücum ediblər.
“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində 14 nəfər ölüb.
Ölənlər arasında 2 uşaq olub. Yaralıların sayı açıqlanmayıb.
Silahlı şəxslərin narkotik maddə ticarəti şəbəkəsinin üzvü ola biləcəyi ehtimal edilir.
***
İnsident nəticəsində 18 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.
Məlumata görə, kluba ümumilikdə 15 silahlı şəxs hücum edib.
Hüquq-mühafizə orqanları hücumun “Guardianes del Estado” cinayətkar qrupunun üzvləri tərəfindən törədildiyini ehtimal edir.