Cütlük “Amazon”a 1,2 milyon dollar “atıb”
ABŞ-ın İndiana ştatınında yaşayan cütlük onlayn alış-veriş şirkəti olan “Amazon”a 1,2 milyon dollar ziyan vurub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “The Star Press” məlumat yayıb.
Məlumata görə, Erin və Liya Finn yüzlərlə saxta hesab açaraq elektron məhsullar sifariş verib. Daha sonra onların xarab olduğunu bildirərək yenisini tələb ediblər. “Amazon” şirkətinin qanunlarına əsasən yeni məhsul gəlməyənədək müştəri köhnəni qaytarmağa məcbur deyil.
Yeni məhsulu alan cütlük köhnəni qaytarmağa tələsməyib. Şirkət nümayəndələri də belə tələb irəli sürməyiblər.
Nəticədə cütlük əldə etdikləri məhsulları ucuz qiymətə sataraq 1,2 milyon dollar qazanıb.
Erin və Liya Finn artıq məhkəmədə günahlarını etiraf ediblər. Onları 20 ilə qədər həbs cəzası gözləyir.