“O, Sarkisyanla bir masada oturub…”
“Xarici İşlər Nazirliyinin saytında arzuolunmaz olan şəxslərin siyahısının sayı artıq 694-ə çatıb. Ən dəhşətlisi odur ki, bu siyahıda olan şəxslərin çoxu ATƏT-in üzvü olan ölkələrin payına düşür”.
“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva parlamentdə Azərbaycan tərəfindən arzuolunmaz şəxslərlə bağlı çıxış edərkən deyib.
O qeyd edib ki, həmin ölkələr Qarabağ münaqişəsinin tənzimlənməsində ədalətli mövqe sərgiləməlidir: "Onlar deyə bilməz ki, vətəndaşları Dağlıq Qarabağa səfər edən təsadüfi turistlərdir. Yox, görürük ki, siyahıdakı şəxslər siyasi-ictimai xadimlərdir. Onlar hara getdiklərinin fərqindədirlər. Gedib orada bəyanat da səsləndirilir. Son 5 ildə bu tendensiya daha da artıb. Qardaş Türkiyədən də bir neçə nəfər şəxs də bu addımı da atıb. Oradakı rəsmilərlə görüşüm zamanı həmin şəxslərin məsələsini qaldırdıq”.
Spiker həmkarının fikirlərini dəstəkləyib. O bildirib ki, bu yaxınlarda ATƏT-in Cənubi Qafqaz üzrə nümayəndəsi Bakıya səfər etdi: “O dedi ki, bir parlamentlə, bir də ictimai təşkilatlarla görüşəcək. O burdan sonra Ermənistana getdi. Ancaq orada Ermənistan prezidenti, qondarma Dağlıq Qarabağ nümayəndələri ilə bir masada oturub görüşdü. Burda belə danışır, orda gedib əksini edir. Belə tərəfsiz mövqe tutan adamların vəzifədə təmsilçiliyi səviyyəsizlikdir”.
Günel Türksoy