COVID-19-un Uhana gəlməsi ilə bağlı dəlillər yoxdur



 

Əldə edilən epidemioloji məlumatlara əsasən, yeni koronavirus infeksiyasının Çinin Uhan bazarına necə daxil olduğunu müəyyən etmək mümkün deyil.

“RİA Novosti” xəbər verir ki , bunu Çin Dövlət Səhiyyə Komitəsinin eksperti Lyan Vanınyan bildirib.

O qeyd edib ki, bəzi yoluxmaların əvvəl olduğu kimi dəniz məhsulları bazarı ilə əlaqəsi müşahidə edilməyib:

“Uhandakı dəniz məhsulları bazarının virusun yayılması üçün bir mərkəz ola bilməsi mümkündür. Mövcud məlumatlara əsasən, Sars-Cov-2-nin Uhan bazarına necə gəldiyini müəyyənləşdirmək mümkün deyil”.

Xatırladaq ki, COVID-19 epidemiyası ilk dəfə 2019-cu ilin sonunda Çinin Uhan şəhərində aşkar edilib.

2020-ci ilin 11 martında ÜST onu pandemiya elan edib.