Türkiyə sahillərində 15 metrlik nəhəng balina - VİDEO



 

Türkiyənin Adana şəhərinin Karataş rayonu sahillərində balıqçılar tərəfindən 15 metrlik balinanın videosu çəkilib.

Bu barədə “Haber Global” məlumat yayıb.

İlk dəfə bu ölçülərdə balina gördüklərini bildirən balıqçılar böyük heyrətlə balinanın bir müddət gəminin yanı ilə üzməsinə şahidlik ediblər.