Pakistan koronavirusa qarşı Rusiya vaksini istifadə edəcək



 

Pakistan koronavirusa qarşı Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin istifadəsini təsdiqləyib.

Bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu açıqlayıb.

Pakistan Rusiya vaksinini təsdiqləyən 22-ci ölkədir.

Fondun rəhbəri Kirill Dimitriev bildirib ki, Pakistan dünyada əhalisi çox olan dövlətlərdən biridir, ona görə də Rusiya peyvəndinin qeydiyyata alınması ölkə vətəndaşlarının sağlamlığı baxımından vacib addım olacaq.