İbrahim Kalın Makronun müşaviri ilə Qarabağ məsələsini müzakirə etdi



 

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalınla Fransa prezidentinin müşaviri Emmanuel Bonne arasında telefon danışığı baş tutub.

Bu barədə “Haber Global” məlumat yayıb.

Tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətlər, Türkiyə-Avropa İttifaqı əlaqələri, Şərqi Aralıq dənizi, Dağlıq Qarabağ, Suriya və Liviya məsələlərini müzakirə edib.