İran: “Tehran ölkə küncə sıxışdırılacağı halda nüvə silahı əldə edə bilər”



 

“İranın nüvə proqramı tamamilə dinc xarakter daşıyır, ancaq Tehran ölkə küncə sıxışdırılacağı halda nüvə silahı əldə edə bilər”.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri İranın Kəşfiyyat naziri Mahmud Ələvi deyib.

O vurğulayıb ki, nüvə proqramından silah yaradılması üçün istifadə islam normalarına ziddir.

“Ancaq sizə deyim ki, əgər pişiyi küncə sıxışdırsanız, o zaman özünü azadlıqda olduğu kimi aparmaya bilər. Əgər İranı bu istiqamətdə sürükləsələr, bu bizim günahımız olmayacaq. Adi şəraitdə İranın belə bir planı yoxdur”, - deyə nazir bildirib.