Ermənilərin kütləvi şəkildə Rusiyaya qaçmasına daha bir sübut – VİDEO



 

Rusiyadan Ermənistana uçuşlara praktik olaraq tələbat yoxdur.

“Mediaport” “Telegram” kanalı təyyarələrin bu istiqamətdə demək olar ki, boş uçması ilə bağlı video yayıb.

Görüntülərdən məlum olur ki, təyyarədə 3-4 sərnişin var.

Eyni zamanda, qeyd edilir ki, əks istiqamətdə - Ermənistandan Rusiyaya – “astronomik” bilet qiymətinin (700-1000 dollar) olmasına baxmayaraq, boş yerlər demək olar ki, qalmır.

Sözügedən fakt bir daha ölkədəki mövcud sosial-iqtisadi problemlərdən qurtulmaq istəyən Ermənistan əhalisinin kütləvi şəkildə Rusiyaya qaçmasına sübutdur.