Təhlükəli, amma mənfəətli: Türkiyədə bu işlə cəmi 12 nəfər məşğul olur - FOTO



 

Türkiyədə bu işlə məşğul olan yalnız 12 nəfər var. Bunlar “sincab adamlar”dır: meşələrdə 40 metr hündürlükdə ağaclara dırmaşaraq, onları budayırlar. İşləri çox təhlükəlidir, lakin aylıq qazancı 15 min lirə (3 608 manat) civarındadır.

Bu barədə “HaberGlobal” xəbər verir. 

Bildirilir ki, bu insanlar 30-40 metrlik ağaclara dırmanaraq cavan ağacların gün işığı alması üçün budama işini həyata keçirirlər.

“Yeni nəsillər maraq göstərmir, amma nahaq yerə. Biz sabit deyilik, bu gün varıq, sabah yoxuq. Bu işlər isə davam edəcək. Pulu da yaxşıdır. Günlük gəlimiz 500 TL -dən (120 AZN) aşağı olmur”, - deyə işçilərdən biri bildirib.