Rusiyada azyaşlı xəstəxana pəncərəsindən yıxıldı



 

Rusiyanın Çita şəhərində xəstəxananın pəncərəsindən uşaq yıxılıb.

Chita.ru xəbər verir ki, altı yaşlı oğlan uşaq xəstəxanasının üçüncü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Onun reanimasiyada komada olduğu bildirilir.

Xəstəxananın baş həkimi Vladimir Komarov bunun bədbəxt hadisə olduğunu deyib.

Azyaşlının valideynsiz xəstəxanaya yerləşdirilməsi (anaya oğlu ilə eyni palatada yer verilməyib) və s. faktlar araşdırılır.