Çində casusluqda şübhəli bilinən avstraliyalı jurnalist həbs olundu



 

Çində avstraliyalı jurnalist Çen Ley dövlət sirrini xaricə ötürməkdə şübhəli bilinərək həbs edilib.

Bu barədə “İnterfaks” məlumat yayıb.

Jurnalist 2020-ci ilin avqustun 13-də saxlanılıb. Avstraliya hökuməti jurnalistin saxlanılması ilə bağlı dəfələrlə narazılığını ifadə edib.

Xatırladaq ki, Çen Ley Çinin ingilisdilli CGTN telekanalında aparıcı olaraq çalışıb.