“Bayraktar” dronlarının yaradıcısı azərbaycanlı gənclərə müraciət etdi



 

“Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Səlcuq Bayraqdar Türkiyədə keçirilən “Texnofest” texnologiya festivalında azərbaycanlı gənclərə müraciət edib.

“Baykar Savunma” şirkətinin texniki direktoru İctimai TV-yə müsahibəsində bildirib ki, azərbaycanlı iştirakçılar da İstanbulun Atatürk Hava Limanında təşkil edilən “Texnofest” aviasiya, kosmos və texnologiyalar festivalına qatıla bilərlər.

“Müraciət üçün fevralın 28-dək vaxtları var. Azərbaycanlı gənc qardaşlarımız tez bir zamanda komandalarını qurub, “Texnofest-2021” festivalında iştirak edə bilərlər”, - deyə “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı bildirib.