Hesablama Palatası AZAL və ATU-da yoxlama aparıb



 

Hesablama Palatasında kollegiya iclası keçirilib.

APA-nın məlumatına görə, kollegiya iclasında "Azərbaycan Hava Yolları" QSC-nin maliyyə-təsərrüfat fəaliyyətinə və Azərbaycan Texniki Universiteti üzrə daxilomaların və xərclərin proqnozlaşdırılması və icrasına dair hesabatlar müzakirə olunb.

Kollegiyaya dəvət olunmuş Azərbaycan Texniki Universitetinin (ATU) rektor əvəzi Xaliq Yahudov və baş mühasibin müavini Elmir Şükürov müzakirələrdə iştirak edib, kollegiya üzvlərinin suallarını cavablandırıblar.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə qərarın layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.