Bakıda BMW avtomobili 65 yaşlı kişini vuraraq öldürüb



 

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 11-də saat 02:00 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Qurbanov BMW markalı avtomobili idarə edərkən yolu keçən 60-65 yaşlı kişini vurub və nəticədə, həmin şəxs hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.