Əliyevin çıxışı İrəvanı təşvişə saldı: dağıdıcı zərbələr...



 

Azərbaycan iri hərbi əməliyyatlara hazırlaşır.

Virtualaz.org xəbər verir ki, bunu İrəvanda jurnalistlərə Daşnaksütun İnqilabi Federasiyasının rəhbəri Kiro Manoyan bildirib. Belə məlum olur ki, daşnak Manoyan Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının sessiyasındakı çıxışından təşvişə düşüb. O, hesab edir ki, həmin çıxış Ermənistanla “DQR” arasında nəhayət “hərbi-siyasi müqavilə imzalamaq” üçün əsasdır.

“Və onların həm Naxçıvanda, həm Ermənistan sərhədlərində və Dağlıq Qarabağda gördüyü bütün hazırlıqlar bundan xəbər verir ki, Bakı iri hərbi əməliyyat hazırlayır. Lakin bu o demək deyil ki, müharibə hökmən olacaq”-Manoyan bildirib.

Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasında çıxışı zamanı Ermənistanın Təhlükəsizlik Şurasının 4 qətnaməsini indiyədək yerinə yetirmədiyini, bu ölkənin ötən ilki aprel hadisələrindən dərs götürməli olduğunu bildirib. Prezident deyib ki, Ermənistan Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməkdə davam etsə bu qətnamələri Azərbaycan əsgəri reallaşdırmalı olacaq.

Daşnak Manoyanda təşviş yaradan digər hadisələrə gəldikdə Azərbaycan Naxçıvanda iri qoşun qruplaşması, İrəvan da daxil olmaqla Ermənistan ərazilərinin dərinliklərinə dağıdıcı zərbələr endirməyə imkan verən silah sistemləri yerləşdirib. Habelə bu günlərdə Azərbaycan ordusu dağlıq ərazilərdə döyüş əməliyyatlarını irimiqyaslı hərbi təlimlərdə məşq edib . Həmin təlimlərdə ilk dəfə Çexiya istehsalı olan “Dana” özüyeriyən qaubitsalar və RM-70 “Vampir” reaktiv yaylım atəşi sistemləri nümayiş olunub. Habelə Azərbaycan və Türkiyə hava qüvvələrinin “TurAz qartalı-2017” birgə təlimləri keçirilib.