Bir də görürsən ki, hansısa pullu şəxs… - Millət vəkili



 

Dini icma rəhbərlərinin üzərinə böyük iş düşür. Din xadimləri daha çox mənəvi dəyərlərin təbliği ilə məşğul olmalıdır.

Axar.az xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev dini icma və qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri ilə keçirilən konfransda deyib.

Millət vəkili bu sahədə hələ də nöqsanların olduğunu bildirib:

“Lakin bəzən görürük ki, bu sahədə nöqsanlarımız olur. Bilirik ki, Azərbaycanda din dövlətdən ayrıdır. Biz təhsilin ölkədə geniş yayılması üçün səylə çalışmalıyıq. Bir də görürsən ki, hansısa pullu şəxs bir neçə nəfəri Həcc ziyarətinə aparır. Bu, düzgün deyil. Hər kəs öz hesabına Həcc ziyarətinə getməlidir. Əgər başqası sənə təklif edirsə, imtina etməlisən”.

Qüdrət Həsənquliyev qadınların təhsilinə xüsusi diqqət verilməli olduğunu vurğulayıb:

“Hüseyn Cavid deyirdi ki, bizim cəmiyyət qadınla yüksələcək. Dindarların çox olduğu regionlarda qızların təhsil almasına pis baxırlar. Din xadimlərinin bu sahədə etdiyi çıxışlar mənim kimi 5 millət vəkilinin çıxışından daha effektli olur. Bu istiqamətdə biz din xadimlərindən bəyanatlar gözləyirik”.