Taksi minik avtomobili ilə toqquşdu - 11 ölü, 9 yaralı



 

Uqandada taksi ilə minik avtomobili toquşub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata əsasən, qəza Mpiqi dairəsində baş verib. Hadisə nəticəsində 11 ölüb, 9 nəfər isə yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.