Ukraynada oğlu ölən ata məhkəməyə 2 qumbara atdı - 2 ölü, 10 yaralı
Bu gün Ukraynanın Nikopel şəhərində məhkəmədə iki qumbara partlayıb.
“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər qumbaranı qətl faktı ilə bağlı dinləmələr zamanı ölən gəncin atası işə salıb.
Partlayışda ittiham olunan 3 şəxsdən biri, həmçinin qumbaranı partladan kişi ölüb. Daha 10 nəfər isə yaralanıb. Onlardan ikisi prokurorluq əməkdaşı, ikisi polis, digərləri mülki vətəndaşlardır.