Alimentlə bağlı qərara dəyişiklik etdi



 

 

Baş nazir Artur Rasizadə il “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin qərarına dəyişiklik edib.

“Qafqazinfo” xəbər verir ki, qərarın 2-ci hissəsində “dövlət sosial müdafiə fonduna və digər məcburi ayırmaların ödənilməsi” sözləri “məcburi dövlət sosial sığorta haqqı və digər məcburi ödənişlərin tutulması” sözləri ilə əvəz edilib.