İraqda ölənlərin sayı artır, Türkiyə yardım göndərdi



 

İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində İraqda qurbanların sayı yeddiyə çatıb, 300-dən çox yaralı isə xəstəxanalara yerləşdirilib. 

"Qafqazinfo" xəbər verir ki, ölənlər İraq Kürdüstanında yerləşən Dərbəndihan, Qarmian və Süleymaniya şəhərlərinin sakinləri olublar. 

Türkiyə isə axtarış-xilasetmə işləri üçün İraqa 30 xilasedicidən ibarət komanda göndərib. Artıq xilasedicilər ölkənin sərhədində çatıblar. AFAD-ın daha 70 əməkdaşı isə İraqın şərqinə yola düşmək üçün hazır vəziyyətdə gözləyir. 

Türkiyə, həmçinin Qırmızı Aypara Cəmiyyətinin xətti ilə İraqdakı zəlzələ zonasına 3 min çadır və 10 min ədyal göndərib. 

Türkiyə baş nazirinin müavini Rəcən Akdağ bildirib ki, regiondakı siyasi proseslər, İraqın şimalında keçirilən müstəqillik referendumu ilə bağlı gərginliklər zəlzələdən zərər çəkənlərə humanitar yardım göndərməmək üçün səbəb ola bilməz.